Rasizm Rusiyanın “qara yara”sına çevrilməkdə...

Hazırda oxunan: Rasizm Rusiyanın “qara yara”sına çevrilməkdə...

35367

Moskvada Orxan Zeynalova qarşı sərgilənən misligörünməmiş vəhşilik  artıq dünyaya səs salıb. Ancaq Rusiya paytaxtından gələn başqa xəbərlər təkcə azərbaycanılara qarşı deyil, bütövlükdə bütün kateqoriyadan olan əcnəbilərə qarşı diskriminiasiya siyasəti yürüdüldüyünü, cəmiyyətin, xüsusən də gənclərin rasizmə kökləndiyini deməyə əsas verir. Orxan Zeynalovla bağlı yaşanan olayların ardından Rusiya paytaxtında  bir hollandiyalı diplomatın da təhqirlərə məruz qaldığını artıq rəsmi Moskva etiraf edib.

Belə ki, Rusiyanın Daxili İşlər Naziriliyi tərəfindən yayılan açıqlamada, Hollandiya səfirliyi işçisinin hücuma məruz qaldığı barədə polisə şikayət etdiyi bildirilib. Moderator.az xəbər verir ki, hollandiyalı diplomatın verdiyi bilgiyə görə, evinə elektrik qəzasını yoxlamaq adıyla girən iki şəxs onu döyüb. Gözlənilməyən “qonaqların” diplomatın evinin divarlarına ürək şəkli çəkdiyi ve homoseksual bir təşkilatın simvolu olan “LGBT” yazdıqları aydınlaşdırılıb. Hadisə ilə bağlı Hollandiya Xarici İşlər Nazirliyi Rusya səfirini görüşə çağırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin